Go to channel

اشعار عاشقانه ترکی

232
Məmməd Araz ƏLVİDA, DAĞLAR! Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal. Dalımca su səpir yoxsa buludlar? Leysan, salamat qal, yağ, salamat qal! Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə. Ey qaragöz pəri, dalımca sən də Boylan, salamat qal, bax, salamat qal! Gəldim, qarşıladı güllər-çiçəklər, Gedirəm, əl edir boz biçənəklər. Nidamı çaylara dedi küləklər: Bulan, salamat qal, ax - salamat qal! Dağların pələngi, şiri də sənsən, Şairi də sənsən, şeiri də sənsən. Varı, bərəkəti, xeyri də sənsən Çoban, salamat qal, sağ-salamat qal!